NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Redaktorun gündəlikləri

Şahdağa səyahət

photo 1

Qusar rayonunun Laza dağlıq kəndində eyni adda heyranedici şəlalə var. Bu fotoları çəkmək üçün ayaqyalın qayalara dırmanmaq məcburiyyətində qaldım. Yol asan deyildi, amma buna dəyərdi.

photo 1 (2)

 photo 2 (2)

 

photo 4

Şahdağın çıxışında Xıdır restoranı: bəzi otaqlardan tarlaya çox gözəl mənzərə açılır. İnəklərin böyürməsi və kənd həyatına xas bütün səslər təkrarolunmaz kolorit yaradaraq bir ləzzət qatır. Məzəli heykəllərin fonunda. Restorandakı yemək - 10 üzərindən 7 bal.

photo 3 (2)

Kartinqə getməyə hazırlaşırıq - qaz və əyləcsiz xüsusi avtomobillər - onları sadəcə təpədən aşağı buraxırlar və sən öz təcrübənə güvənərək sükanı istiqamətləndirirsən. Exstrim həvəskarlarına məsləhət görürəm.

photo 4 (2)

Segway şəhər mərkəzində hərəkət etmək üçün çox rahatdır. Heç bir güc sərf etməyə ehtiyac yoxdur - sadəcə tarazlığı qorumağı öyrənmək lazımdır. Dağlarda sürməyi məsləhət görmürəm, sonra adamın başı gicəllənir.

photo 1 (1)

Laza qayası. Kolleqamız, buro247.az  saytının əməkdaşı Vasifin təsadüfən çəkdiyi maraqlı foto.

photo 2 (1)

Kolleqam Tata. Biz Suvar restoranının yaxınlığında dağın ən zirvəsindəyik - burada yeməklər çox dadlıdır (Xıdırdan daha ləzzətli).

photo

Atlarla foto: atları və ümumiyyətlə təbiəti sevirəm. Yerlilər üçün bu pul qazanmaq vasitəsidir. Atlar təhlükəsiz, çox sakit, itayətkardırlar - ya yorğundular, ya da ac.

photo 3 (1)

Xıdır restoranından görünən mənzərə

photo 4 (1)

Şahdağdakı attraksionlardan biri. Reallıqda fotodakından daha qorxulu görünür. Yüksəklikdən qorxduğuma baxmayaraq ikinci dəfə dəsürüşdüm. Adrenalinə olan sevgim qorxumdan daha güclüdür.

Снимок экрана 2014-08-07 в 11.48.18