NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Həftənin yeddi üzü

4Z3A3334 copy

Dəyişiklik həmişə yaxşı və maraqlıdır, ancaq yenidən özünə geri qayıtmaq şərtilə …

«Uşaqların səs-küyünə və iki itin hürməsinə baxmayaraq mənim evim həmişə isti və sakitdir. Mən qonaqpərvər biriyəm, masada həmişə şamların və kiçik köməkçim Ariflə birlikdə bişirdiyim şirniyyatın olmasını sevirəm. Məhz evdə çox şeyi asanlıqla dərk edirəm, bütün gün düşündüyüm sualların cavablarını tapıram... Həqiqəti həmişə sevginin saxlandığı yerdə tapmaq olur. Həqiqəti dərk etməyə qalamın — hələ heç vaxt məni yanıltmayan evimin doğma divarları kömək edir...»

4Z3A3388 copy

4Z3A3369

«Yeni il ağacını necə bəzəmək lazımdır? Necə hiss edirsinizsə elə də bəzəyin. Yeni il ağacı qəlbinizin aynası olmalıdır».

4Z3A3341 

4Z3A3384

«Merilin Monro deyirdi ki, "Qızların ən yaxın dostu - brilyantlardır". Amma mən insanın ən yaxşı dostunun səni həm varlıqda, həm də yoxsulluqda sevən, nə olursa olsun sənə sadiq qalan itin olduğu fikri ilə də razıyam. Həmçinin güzgü ilə də aram çox yaxşıdır. Uşaqlıqdan sevdiyim aktyor Çarli Çaplinin dediyi kimi: "Güzgü mənim ən yaxşı dostumdur. Çünki ağladığım zaman o heç vaxt gülmür"

4Z3A3418

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

«Merilin gözəllik etalonu idi, baxmayaraq ki, mütəxəssislərin qərarına görə o, mükəmməl formalara sahib deyildi. Amma onun xüsusi cazibəsi, şarmı var idi... Onun sadə üzü milyonların gözünü oxşayırdı, sanki gözqamaşdıran işıq saçırdı. Əgər mənə bu ulduzun rolunu oynamağı təklif etsəydilər, tərəddüd etmədən bir neçə saatlıq Merilin olmağı qəbul edərdim…»

4Z3A3415

4Z3A3467

«Yemək yeməyi çox sevirəm, amma yenə də boş mədə ilə daha rahat yatırsan: birincisi, vicdan əzabı çəkmirsən, ikincisi isə günün sonuna yaxın bədəni enerji ilə yükləməmək daha yaxşıdır... Ancaq qaranlıq düşəndə, xüsusilə çöldə yağış yağanda, ya da yüngül qar dənələri uçuşanda qəhvə içməyi və cürbəcür şeylər barədə, məsələn, gözəl bir bir şey haqqında düşünməyi - sevirəm».

  •  
  •  
  •  
1 / 5

4Z3A3559

«Gənclik - yaş deyil, ruh halıdır. Ətrafınızı sizə dəstək verən və sizə cəsarətli, əyləncəli və sərbəst olmaq imkanını yaradan insanlarla əhatə edin... Sizi müzakirə etmələrinə icazə verməyin!»

4Z3A3549 

4Z3A3550

4Z3A3514

4Z3A3544

«Rəqs etməyi uşaqlıqdan sevirəm. Evdə tez-tez lambada və Gipsy Kings mahnılarını oynayırdım. Mənə elə gəlir ki, anadangəlmə ritm duyğum var, buna görə də rəqs etmək mənə asan gəlir. Rəqs etmək - mənim üçün rahatlamaq vasitələrindən biridir. Fiziki gərginlikdən və ya stressdən sonra rəqs edərək mən ruhən, cismən və zehnən dincəlirəm…»

4Z3A3635юбка

4Z3A8454

«Luc Bessonun filmlərini sevirəm. Xüsusilə "Leon" filmini. Ən sevimli personajlarımdan biri - Matildadır. Kövrək, yanlış, amma çox güclü və ən əsası insani. Axı o, çətin həyat şərtlərinə baxmayaraq, yaxşılıq və yenidən sevmək hisslərini itirmir...»

4Z3A8463

«İşdə mən həmişə göstərdiyimdən daha çox şey bilirəm. Bəzən anlaşılmadığıma görə qışqırıb qəzəbimi ifadə etmək istəyirəm. Amma özümü vaxtında ələ alıram: səsimi yüksəldib və hər şeyi olduğu kimi saxlamaqdansa nəzakətli və sakit bir şəkildə xəbərdarlıq edərək problemi həll etmək daha yaxşıdır».

4Z3A8471

«Şərq mədəniyyətini, geyimini, rəqsini, fəlsəfəsini sevirəm və ən əsası - dəlicəsinə şərq şirniyyatlarını sevirəm!»

4Z3A8495

«Həqiqəti söyləyin. Yalnız gözlərinizlə deyil, dilinizlə də. Yalnız o zaman orijinal olacaqsınız»

4Z3A3709

«Uşaq vaxtı balkondan ehtiyat edirdim: düşməkdən qorxurdum, - anam deyirdi ki, yer səni maqnit kimi özünə çəkir... Vaxt keçdikcə təyyarələrdən qorxmağa başladım. Ancaq etiraf edə bilərəm ki, keçən il ərzində bu fobiyama qalib gələ bildim. Anladım ki, hər hansı bir daxili qorxu və ya vahimə həyatdan tam zövq almamıza mane olur. Əgər içimdə bir qorxu varsa, o da sadəcə sevdiklərim və doğmalarım üçündür. Onların həyatlarının nağıl kimi olmasını istəyirəm...»

4Z3A3719

 

Foto: Stas Reusth