NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Cənab heç kim

O, bütünlüklə musiqiyə aludə olaraq, 6 il kinodan uzaq qaldı: “Thirty seconds to Mars” rok-qrupu ilə qastrol səfərlərinə gedir və həyatdan zövq alırdı. Tale onun həyatına düzəlişlər etmək qərarına gəldi və “cənab Heç Kim” bir anın içərisində şöhrət qazandı. “Dallasın alıcılar klubu” filmindəki roluna görə “İkinci planın ən yaxşı aktyoru” nominasiyasında “Oskar”ın sahibi Cared Leto bizə bu filmdəki rolun onun həyatını necə dəyişməsi haqqında söz açdı, rok-qrupu barədə yenilikləri bölüşdü, həmçinin həyatının ən vacib qadını haqqında danışdı...

86th Oscars

Actor Jared Leto and his mother Constance Leto arrive at the 20th annual Screen Actors Guild Awards in Los Angeles

Oskarını harada saxlayırsan?

Mətbəxdə. Bu mənim üçün bir növ bütün həyatın evdə cəmlənməsidir və evə gəldikdə hər şeyi mətbəxə qoyuram.

Anan həmişə yanındadır və həmişə əla görünür... Yeri gəlmişkən, gözəl ayaqqabıların var! Modanı izləyirsən?

Çox sağ ol... Düzü, moda ilə o qədər də maraqlanmıram. Məsələn, “Dior”u çox bəyənirəm. Bir dəfə anamdan xahiş etdim ki, Kinoaktyorlar Gildiyası üçün geyinib-keçinsin, qardaşımdan da – “Qızıl qlobus” mükafatının təqdim edilməsinə, onlar mənə də bəzi şeylər seçdilər. Amma təkrar edirəm, mən bu barədə o qədər də çox düşünmürəm...

Jared-Leto-brought-his-brother-Shannon-his-date-Golden

 “Oskar” təqdim edilən zaman sən anan haqqında çox təsirli danışdın...

Zənnimcə, mükafatlandırma mərasimində ən yaxşı an – səhnəyə çıxaraq Robin Baum kimi sənin üçün əhəmiyyətli olan insanlara təşəkkür etmək imkanıdır... Mənim üçün ana müqəddəsdir. O həmişə məni yeni zirvələrə ruhlandırıb. Çox fərəhliyəm ki, bu gün zalda anam və qardaşım – həyatımda mənə ən yaxın olan iki insan var. Xoşbəxtəm ki, onlara bu cür minnətdarlığımı ifadə edə bildim.

Constance-Leto-Terry-Richardson

“Oskar” mükafatının təqdim edildiyi gün limuzinləri, qırmızı xalıları xatırlayırsanmı?..

Əlbəttə! Müsahibələr, çox sayda mətbuat işçiləri... Ümumiyyətlə, filmə qayıtsaq, bütün bu çaxnaşmada çox müsbət məqam mövcuddur: o, hamının diqqətini filmə cəlb edir, insanlar filmi seyr edirlər, o isə çox vacib hadisədən bəhs edir.

Ssenarini oxuyandan dərhal sonra rola razılıq verdin?

Bəli, mən sözün əsl mənasında bu rola vuruldum. Həm də burada çox möhtəşəm komanda, maraqlı rejissor var idi. Düşünürəm ki, bu mənim üçün kinoya dönmək üçün əla səbəb idi.

jared-leto-dallas-buyers-club1

Eşitmişik ki, rejissorla görüşə, necə deyərlər, artıq obrazda gəlmisən. Reyon obrazında...

Hə, mən elə də etdim. Mənə görə bu, rola uyğunlaşmaq üçün ən yaxşı üsul idi.

Qadın paltarında özünü necə hiss edirdin?

Çətin ki, bu mənim yeni hobbim olsun...

Çəkini necə atırdın? Metyu bunun üçün kiçik qaşıqdan istifadə etdiyini deyirdi...

Hə, bu yaman üsuldur! Kiçik qaşıq! Xeyr, əslində mən, demək olar ki, yeməkdən imtina etdim. Hər gün də hesabla sona çatırdı – gün ərzində yandırdığım kaloriləri hesablayırdım. 

Jared-Leto-Shows-Off-Emaciated-Frame-in-Shocking-New-Pics-2

Bədənindəki bütün tükləri almışdın – bu ağrı verirdi?

Əlbəttə ki, bu sadəcə qıdıqlanmaq deyildi... Amma mən bunu etdim – bədənimdəki bütün tüklərdən azad oldum, hətta qaşlarımı da aldım, bütün bunlar dəhşətli idi. Lakin, əlbəttə, aktyor üçün yalnız xarici görünüş deyil, rol üzərindəki daxili iş də vacibdir.

Exclusive... Matthew McConaughey & Jared Leto Head To The Set

Yəqin ki, Metyu ilə söhbət etməyə mövzular çox idi...

Biz bu barədə elə də çox danışmırdıq... Yadımdadır, bir dəfə çəkilişlər zamanı mənə nə isə təklif etdi, – ya kokteyl idi, ya ot çayı, – mən də zarafatla Reyonun cavab verəcəyi kimi dedim: “Çox sağ ol, əzizim!”

Çəkilişlər zamanı doğmalarınla, dostlarınla ünsiyyət qurursan?

İş zamanı hamıdan təcrid olmağa üstünlük verirəm, lakin ətrafımda yenə də insanlar olursa, o zaman özümə qapanıram. Düşünürəm ki, əksəriyyət bunu anlayır.

Akademiyanın iltifatına ümid edirdin?

Həyatın özü mənə kifayət qədər lütfkardır. Uğurum bütün filmin uğuruna bağlıdır, həm də mən bu olmadan belə tamaşaçı diqqətinin ərköyünüyəm. Bilirsən, iyirmi il ərzində uğursuz filmlərdə çəkilişlərdən sonra nəhayət şöhrət qazanırsansa... Mən taleyimə minnətdaram və nə isə artıq tələb etmək haqqım yoxdur!

30 Seconds To Mars Photos Concert 2012

 Görkəminin dəyişməsi barədə həmkarlarından hansının fikri sənə daha çox zövq verdi?

Ən gülməlisi budur ki, bu qədər insanın diqqətini gördükdə, daim yanında olanları unutmağa başlayırsan. Bu da dəhşətlidir. Anlayıram ki, heç zaman heç kimi unutmamalıyam – Bryus Derndən başlayaraq Robert Redfordla Meril Stripə qədər... Bir dəfə mənə Opra Uinfrin, Amerikanın əsl şahzadəsi yaxınlaşdı və dedi ki, mən “pis işləməmişəm”. O çox mehriban idi və bu üsulla mənə dəstək olmaq istəyirdi. Bu inanılmaz idi!

Jared-Leto-hung-out-his-mom-Oprah-Winfrey

Filmdə Cennifer Qarner rasional tibb sənayesində müəyyən həssaslıq adası obrazı yaratdı. Onunla kadrda birgə hərəkət etmək hansı təsir bağışlayırdı?

Cennifer möhtəşəmdir! Onunla çalışmaq çox asandır. Daha önəmlisi isə – o məndə inam yaradırdı, mənə o qədər möhkəm inamı var idi ki, bu mənə işləməyə davam etmək və irəli getmək üçün çox güclü impuls verirdi.

014-dallas-buyers-club-jean-marc-vallee-theredlist

Sən bütün rollarına belə alışırsan?

Bir çoxlarına. Bu mənim üsulumdur və mənə elə gəlir ki, o mənə işimi 100 faiz yerinə yetirməyə yardım edir. Hərçənd mənim üsulumu digərlərinin istifadə etməsinə dəyməz. Bizim peşəmizdə qəti qaydalar yoxdur, hər kəsin öz yanaşması var. 

Qrim ustaları və stilislər də bu gün kiçik heykəllərdən birini qazandılar. Birlikdə işiniz barədə danışa bilərsən?

Onların hər şey üçün cəmi 250 dolları var idi... Zarafat etmirəm, bu əsl həqiqətdir. Çəkiliş meydançasında onların payına ən ağır iş düşmüşdü. Qrim, saç düzümü – bunları çəkiliş zamanı səhər tezdən edirlər. Onlar dan yeri söküləndə gəlir, gecə gedirdilər.

collage

Sən həm də rok-müğənnisən. Hansı daha çox qəlbinə yatır: səhnədə qrupunla birgə olmaq, ya tək, amma “Oskar”ı əlində tutaraq dayanmaq?

Bilirsən, mən seçim etmək istəmirəm. Başa düşürsən? Yadımdadır, mərasimdə qardaşıma dedim ki, əlbəttə, baş verənlərin qrupuma heç bir aidiyyatı yoxdur, amma mən burada, bu səhnədə hətta uşaqlarsız da dayanmalıyam. Anlayıram ki, qarşımda dayananlar qrupumuzu dinləyən insanlar deyil... Hə, bu çox qeyri-adi, həyəcanlı, eyni zamanda qəribədir – aşağıda, qarşında Leonu (Di Kaprio), Merill Stripi, Robert De Nironu görmək... 

86th Annual Academy Awards - Press Room

“Thirty seconds to Mars”ın “Oskar”ın təqdim edilməsi kimi anları ifadə edə biləcək mahnısı varmı?

Zənnimcə, ən uyğunu “Kings and Queens”dir.

IMG_0944 resize_1026_770_resize_90

Demək olarmı ki, bu rol həyatını dəyişdi? Və əgər belədirsə, nə dərəcədə?

Demək olar ki, mənim yaradıcılıq həyatım Torontodakı premyeradan sonra əsaslı surətdə dəyişdi. Lakin mən deyə bilmərəm ki, özüm dəyişdim, hərçənd ətrafımda çox şey dəyişdi. Mən həmişə hər şeydən öncə yaradıcılıqda, fəxr edə biləcəyim nə isə etməkdə, həqiqətən də maraqlı nədə isə iştirak etməkdə, yeni və yeni zirvələri fəth etməkdə maraqlı olmuşam... “Dallas alıcılar klubu” ekranda olmadığım 6 ildən sonra ilk filmim və ilk belə zirvə oldu.

“Oskar” laureatı olduqdan sonra çoxmu təklif aldın?

İnsanlar sən və sənin işindən valeh olduqda, bu kifayət qədər məzəlidir: hamı belə ciddidir, maraq göstərirlər...

9D00145F-8055-4D02-BE2C-F139AC93DBE7_mw1024_s_n

Taleyə inanırsan?

İnanıram ki, hər kəs öz taleyinin banisidir. Bilmirəm, bu məndən yan ötsəydi, nə olardı... Amma şadam, hətta qürurluyam ki, hər şey məhz belə alındı və mən məhz bu filmdə çəkilə bildim.

Təşəkkür nitqində səm həmçinin xəyalpərəstlərdən və bütün dünyada ədalətsizliklə mübarizə aparanlardan söz açdın. Nə üçün belə bir tədbirdə məhz bu barədə danışmaq qərarına gəldin?

Birincisi,  bu mənim üçün vacibdir. İkincisi, düşünürəm ki, bu, filmin mövzusu ilə əlaqədar, çox yerinə düşür. Üçüncüsü isə, sən səhnədə dayananda hər şeyi personan ətrafında dövrə vurmağa məcbur edə bilərsən, amma həqiqətən əhəmiyyətli bir söz də deyə bilərsən. Mən qrupumla çox qastrol səfərlərində oluram və insanların necə yaşaması haqqında çox düşünürəm, özü də yalnız Amerikada deyil. Əlbəttə, adama öz evi həmişə daha yaxındır, amma mən özümü bütün dünyada evdəki kimi hiss edirəm. Düşünürəm ki, məsələlərə belə geniş nəzər salmaq hamımıza, doğrudan da, düzgün yol seçməyə yardım edir. Zənnimcə, sosial məsuliyyət bizi düzgün yola çıxarmağa qadirdir, buna görə də bu barədə səhnədən söyləmək qərarına gəldim. Sosial şəbəkələrdə ünsiyyət qurduqlarımı dəstəkləmək istəyirəm, elə özüm də daha yaxşı dünyada yaşamaq arzusundayam.

jared-leto-semi-naked_5