NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

YENİ İL HƏR BİR İNSANI DOĞUM GÜNÜDÜR

Yeni il hər bir insanın doğum günüdür

Çarlz Lem

photo5211052531856288203

Sırğa, qolbaq, üzüklər Pasquale Bruni, SENSUAL TOUCH kolleksiyası (Royal Collection 1 butiki)

Saç düzümü, makiyaj Aynur by Sesem

Əziz Nargis oxucularımız! Jurnalımızın bu buraxılışını simvolikaya həsr etmişik. Simvol nədir? Atalarımızın bizə miras qoyduğu, ya da... göylərdən göndərilmiş gizli şifrəli mesajlar. Bir şeyi bilirəm - onlar həmişə dərin məna daşıyır və inanıb-inanmasaq da həyatımıza təsir edirlər.

Jurnalda bu mövzunu mümkün qədər açıq şəkildə aydınlaşdırmaq və nəhayət həyatımızın əsas simvollarının gizli mənasını tapmaq istədik. Ancaq belə bir vəzifəni yerinə yetirmək, qəti cavab tapmaq mümkündürmü? Bəlkə də hamımız bu dünyaya məhz bunu anlamaq üçün gəlmişik...

Sizə və yaxınlarınıza yeni ildə uğurlar, həyat yolunuzda yaxşı yoldaşlar və sadiq dostlar arzulayıram! Hər bir vəziyyətdə səmimi, səbirli, sevgi dolu qalmağın nə qədər vacib olduğunu unutmayın! Evinizi, yaxınlarınızı sevin, hətta düşmənlərinizi bağışlamağı bacarın. Başqalarında səhvlər axtarmayın və mütləq yaxşılıq edin – heç olmazsa bir az, ən azından gündə bir dəfə!

Bir də mən bizi oxuduğunuz üçün, jurnalımızı sevdiyiniz üçün və Instagramda nargis_magazine səhifəmizi izləməyi unutmadığınız üçün sizə təşəkkür edirəm.

Dostlar, yeni iliniz mübarək!

P.S. Buxarının və ya pəncərənin yanında Şaxta Baba üçün süd və peçenye qoymağı unutmayın!

Ülviyyə Mahmudova, baş redaktor