NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Rüfət İsmayılın "Kəpənək effekti"

Dizayner Rüfət İsmayıl Şimali Amerika səfərlərindən birində gördüyü kultlaşmış monarx kəpənəyindən ilhamlanıb. Qara, narıncı və ağ naxışları bu kolleksiyada istifadə edilən parçanın həm rəngində, həm də strukturunda görmək mümkündür.
AFFAIR 2019-2020-in payız-qış obrazı - tərzli, iradəli, əsrarəngiz qadın obrazıdır. O sizi ağlasığmaz, nəfəs kəsən xarici görünüşü ilə yanaşı əlçatmaz olmağı ilə qıcıqlandıracaq.



Kolleksiyada hansı rənglər və parçalardan istifadə olunub?

Monarx kəpənək qanadları naxışlı individual sifarişlə hazırlanmış krep-şifon, ipək və parça kimi təmtəraqlı materiallardan. Nəzərə çarpan rənglərdən - qara rənglə vurğulanmış narıncı və zümrüdü-yaşıl.

Şounuzu tərk etdikdən sonra insanlar Affair haqqında nə düşünməlidir?

İstərdim ki, mənim auditoriyam kolleksiyadan təsirlənsin və səbirsizliklə, bir qədər də maraqla növbəti kolleksiyanı gözləsinlər.

34 əşyadan ibarət olan kolleksiya 13 fevralda saat 21:00-da Nyu-York Moda Həftəsi çərçivəsində Spring Studio-da təqdim olunacaq.