Tamamilə ideologiyaya əsaslanan cəmiyyətdə hərtərəfli düşünmə qabliyyəti, həyatdakı istənilən vəziyyətdə haqqı qəbul etmək və ötürmək bacarığı, zaman aynasında az qala xrestomatikə çevrilməyə macal tapan qəhrəmanların sifət cizgilərini təhrif olunmamış halda görmək və bununla da siyasi və sosial transformasiyaları qabaqcadan sezmək, - məgər bu öncədəngörmə vergisi deyil? Yalnız radikal dəyişikliklər dövründə əfsanəvi həmyerlimiz, diplomat, tarixçi, Fəxri Legion ordeni kavaleri Ramiz Abutalıbovun bütün ömrünü həsr etdiyi əməyinə layiqli qiymət vermək mümkün oldu. O, uzun müddət doğma torpaqdan uzaqda yaşasa da, bir anlıq belə onunla bağları qırmadı, onun tarixinin itən səhifələrini həssaslıqla toplayaraq, məcburi köçkünlərə çoxdan itirdikləri vətənin istisini və xatirələrini bəxş etdi...
Ramiz müəllim, Siz Azərbaycanın ən məşhur diplomatlarındansınız, UNESCO-ya xidmətə qəbul olunan ilk azərbaycanlısınız. Bəs sovet uşağı Ramizin uşaqlığı və geoloq olmağa hazırlaşan Abutalıbovun gəncliyi necə keçmişdi? O zamanlar nə haqqında düşünürdünüz?
Mən həyətdə səs-küylə o tərəf bu tərəfə qaçan bakılı oğlan uşaqlarından biri idim. Müharibə oyunları, davalar, futbola maraq, məşhur Bakı hovuzunda çimmək – budur, mənim uşaqlığım... Hamımız təyyarəçi və kəşfiyyatçı olmaq arzusundaydıq, baş rolda Kadoçnikov çəkilən “Kəşfiyyatçının qəhrəmanlığı” filminə isə bəlkə də 20 dəfə baxmışdıq. Bir qədər sonra mən marka kolleksiyaçılığı ilə maraqlanmağa başladım, böyük məmnuniyyətlə qənimət kimi əldə edilən filmlərə baxmağa gedirdim. Səkkizinci sinifdə ilk məhəbbətimə rast gəldim: elə o zamanlarda da “Torqovı”da və bulvarda gəzintilərin təməli qoyuldu... Bir sözlə, lazım olduğu kimi. 1954-cü ildə orta məktəbi bitirdim və hara qəbul olunmaq haqqında sual gündəmə gəldi. Valideynlərim məni həkim kimi görmək istəyirdilər, mən isə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinə can atırdım. Lakin onlar etiraz edirdilər, nəticədə də mən güzəştə getdim: o zaman dəbdə olan geologiya-coğrafiya fakültəsinə qəbul olundum. Birinci kursdan cib xərcliyimi özüm qazanırdım: sonralar Azərbaycanın ən yaxşı jurnalistlərindən olacaq dostum Aqşin Kazımzadənin təklifi ilə “Azərbaycan gəncləri” qəzetində ştatdankənar müxbir kimi çalışırdım. 1961-ci ildə bir kursda təhsil aldığım Tamilla Tahirova ilə evləndim, 3 il sonra isə artıq iki qızımız var idi – Nigar və Sevil, o zaman artıq çalışdığım Elmi tədqiqat işlərinin koordinasiyası üzrə Dövlət Komitəsindən iki otaqlı mənzil aldıq. Dövlət Komitəsindən sonra məni Azərbaycan Nazirlər Sovetinin elm və texnika şöbəsinə köçürdülər. Burada, 1968-ci ildə, mənim daha bir arzum həyata keçdi: Ümumittifaq Xarici Ticarət Akademiyasının beynəlxalq təşkilatlar fakültəsinə qəbul oldum. Üçüncü kurs dinləyicisi olaraq, Parisdə UNESCO Katibliyindəki vakansiya üçün müsabiqədə iştirak etdim. 27 namizəd var idi, ancaq mən qalib gəldim və 1971-ci il dekabrın 15-də ailəmlə birlikdə Parisə uçdum. İlk ezamiyyətimi 31 dekabr 1979-cu ildə başa vurdum, UNECSO-ya ikinci ezamiyyət isə 1985-ci ilin avqustundan 1993-cü ilin fevralına qədər davam etdi.
Beləliklə də, 1970-ci ilin əvvəllərində Siz xidməti vəzifə olaraq əksər sovet insanlarına əlçatmaz olan Qərbi Avropaya üz tutdunuz. Necə adaptasiya oldunuz? Ən çətin nə idi? Romantik Paris nə dərəcədə qonaqpərvər idi?
Ən çətin il birinci il idi: qohumsuz və dostsuz, ölkənin qanunlarına və ənənələrinə nabələd. Məsələn, gəlişimizin səhəri günü çörək dükanına daxil olub ilk baxışdan çox məntiqli sual verdim: “Çörək təzədir?”. Satıcılıq edən çörəkçi qəzəblənmişdi, ətrafdakılar mənə təəccüblə baxırdılar: Fransanın çörək dükanında köhnə çörək necə ola bilər?! Belə səhvlər çox idi. Adət olunan mühitin, doğma üzlərin olmaması sıxıcı idi. Yadımdadır, 1972-ci ilin dekabrında Parisdə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr edilən sovet aktyorlarının konserti baş tutdu. Azərbaycandan trio gəlmişdi: İslam Rzayev, Hacı Məmmədov və Habil Əliyev. Onlar ifaya başlayan kimi hamımızı göz yaşı boğdu... Əlbəttə, tədricən hər şey qaydasına düşdü: biz və uşaqlar dostlar tapdıq, işdə müxtəlif ölkələrdən olan həmkarlarla “isinişmə” uğurla keçdi. Paris isə həmişə Parisdir. Biz bu şəhəri sevdik, o da bizə qarşılıq verdi. Ernest Heminqueydən daha yaxşı söyləmək olmaz: “Paris – həmişə səninlə olan bayramdır”.
Parisdə siz mühacirlərlə dostlaşdınız. Sovet diplomatik xidmətinin əməkdaşı ilə əlaqəyə asan gedirdilər?
Onlar da, mən də əvvəlcə çox ehtiyatlı idik. Biz, sovet vətəndaşları, mətbuatda xarici xüsusi xidmətlərin fəaliyyəti barədə çox oxumuşduq. 1961-ci ildə Parisdə Rudolf Nuriyevin məşhur “azadlıq sıçrayışı” və yaxud Boris Pasternakın “Doktor Jivaqo” əsərinin nəşrini xatırlamaq kifayətdir. Bizim həmyerlilərimiz olan mühacirlər isə sovet xüsusi xidmətlərinin əməliyyatlarına şahidlik etmişdilər: məsələn, elə Parisdə, gündüz vaxtı çar generalları Kutepovla Millerin oğurlanması, Münhendə “Azadlıq” radiosunun Azərbaycan bölməsinin rəhbəri Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin qətli... Azərbaycanı siyası mühacirlərlə ilk görüşüm artıq xatırladığım konsertdən sonra baş tutdu. Pərdə arxasında mühacirlərin ikinci dalğasının nümayəndələri ilə, 1945-ci ildə, İkinci dünya müharibəsindən sonra vətənə dönməyən Qadir Süleymanoğlu və Tofiq Tağıyevlə tanış oldum. Daha sonra isə onlar məni birinci dalğanın mühacirləri və onların övladları ilə tanış etdilər. Məsələn, 1919-1920-ci illərdə Paris sülh konfransında Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin üzvü olan Məmməd bəy Məhərrəmovla. Azərbaycan nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşının oğlu Ələkbərlə ünsiyyət məni çox zənginləşdirdi. Nümayəndə heyətinin fəaliyyətini əks etdirən sənədlərin günümüzə qədər gəlib çatmasına görə biz məhz Ələkbərə borcluyuq. Mənə Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəylinin oğlu Timuçinlə, məşhur türkoloq İren xanım Məlikoff, Əlibəy Hüseynzadənin oğlu rəssam Səlim Turanla, Şəmsi Abdullayeva ilə Musa Nağıyevin nəvəsi yazıçı Banin, məşhur Zülqədərov və Çamxorskilər nəslindən olan İlhan Zilli və digərləri ilə dostluq etmək xoşbəxtliyi nəsib olub. Bu görüşlər mənə Azərbaycanın başqa tarixini öyrənməyə imkan yaratdı. Paris olmasaydı, mən çətin ki, İrandan olan azərbaycanlılarla dostlaşa bilərdim: Fransada “Azərbaycan evi” assosiasiyasının və “Fransa-Azərbaycan ticarət palatası”nın təsisçilərindən biri Hüseyn Azərməhdlə, ilk “Azərbaycan dilinin izahlı lüğəti”nin (ərəb qrafikasından istifadə olmaqla) tərtibatçısı Məmmədəli Tacəhmədi, dünya şöhrətli fotorəssam Rza Deqati və başqaları ilə.
Рамиз Абуталыбович, Вы один из самых известных азербайджанских дипломатов, первый азербайджанец, принятый на службу в UNESCO. А какими были детство советского мальчика Рамиза и юность студента Абуталыбова, готовившегося стать геологом? О чем Вы мечтали тогда?
Я был одним из бакинских мальчишек, шумной ватагой носившихся по двору. Мое детство – это игры в войну, драки, увлечение футболом, купания в знаменитой бакинской купальне... Все мы мечтали быть летчиками и разведчиками, а фильм «Подвиг разведчика», с Кадочниковым в главной роли, смотрели раз двадцать. Чуть позже я увлекся коллекционированием марок, с удовольствием ходил на просмотры трофейных фильмов. В восьмом классе случилась первая любовь; тогда же было положено начало фланированию по Торговой и по бульвару... Словом, все как полагается. В 1954 году я окончил школу и остро встал вопрос: куда поступать? Родители желали видеть меня врачом, а я стремился на исторический факультет Азербайджанского Государственного университета. Но они были против, и в итоге я пошел на компромисс: поступил на модный тогда геолого-географический факультет. С первого курса я сам зарабатывал на карманные расходы – работал внештатным корреспондентом газеты «Молодежь Азербайджана», куда меня пристроил мой друг Акшин Кязимзаде, впоследствии один из лучших журналистов Азербайджана. В 1961 году женился на своей сокурснице Тамилле Таировой, а спустя три года мы, уже родители двух дочек, Нигяр и Севиль, получили двухкомнатную квартиру от Госкомитета по координации научноисследовательских работ, где я к тому времени работал. После Госкомитета меня перевели в отдел науки и техники Совета министров Азербайджана. И здесь в 1968 году исполнилось еще одно мое желание: я поступил на факультет международных организаций Всесоюзной академии внешней торговли. Будучи слушателем третьего курса, принял участие в конкурсе на замещение вакансии в Секретариате UNESCO в Париже. Соискателей было 27, но я оказался победителем и 15 декабря 1971 года с семьей вылетел в Париж. Первую командировку завершил 31 декабря 1979 года, а вторая командировка в UNESCO продлилась с августа 1985 по февраль 1993 года.
Итак, в начале 1970-х годов Вы по долгу службы очутились в недоступной большинству советских людей Западной Европе. Как Вы адаптировались? Что было самым трудным? Насколько гостеприимным оказался романтичный Париж?
Самый тяжелый год – первый: без родственников и друзей, со слабым знанием законов и обычаев страны. Например, наутро после приезда зашел в булочную и задал вполне, казалось бы, логичный вопрос: «Хлеб свежий?». Продавец, он же пекарь, был возмущен, окружающие взирали на меня с изумлением: откуда взяться несвежему хлебу во французской булочной?! Таких ляпов было много. Отсутствие привычной среды, родных лиц давило... Помню, в декабре 1972 года в Париже прошел концерт советских артистов, посвященный 50-летию образования СССР. Из Азербайджана приехало трио: Ислам Рзаев, Гаджи Мамедов и Габиль Алиев. Как только они начали выступать, мы все прослезились... Конечно, постепенно все вошло в норму: у нас и у детей появились друзья, на работе благополучно прошла «притирка» с коллегами из разных стран. Ну, а Париж – всегда Париж. Мы полюбили этот город, и он ответил нам взаимностью. Лучше Эрнеста Хемингуэя и не скажешь: «Париж – это праздник, который всегда с тобой».
В Париже Вы подружились с эмигрантами. Легко ли они шли на контакт с сотрудником советской дипломатической службы?
И они, и я поначалу были осторожны. Мы, советские граждане, много читали в прессе о действиях зарубежных спецслужб. Достаточно вспомнить знаменитый «прыжок в свободу» Рудольфа Нуреева в 1961 году, в Париже, или издание «Доктора Живаго» Бориса Пастернака. А наши земляки-эмигранты были свидетелями операций советских спецслужб: например, похищение в том же Париже, средь бела дня, царских генералов Кутепова и Миллера, убийство в Мюнхене руководителя азербайджанской секции Радио «Свобода» Абдурахмана Фаталибейли-Дудангинского... Первая моя встреча с азербайджанскими политэмигрантами состоялась после уже упомянутого концерта. За кулисами я познакомился с представителями второй волны эмиграции – не вернувшимися на родину в 1945 году, после II мировой войны, Гадиром Сулейманоглу и Тофиком Тагиевым. А уж затем они меня познакомили с эмигрантами первой волны и их потомками – например, с Мамедбеком Магеррамовым, членом делегации Азербайджанской Демократической Республики на Парижской мирной конференции 1919 – 1920 гг. Очень меня обогатило общение с Алекпером – сыном Али Мардан бека Топчибаши, руководителя азербайджанской делегации. Сегодня именно Алекпер беку мы обязаны сохранением для истории документов о деятельности делегации. Мне посчастливилось дружить с племянником Узеир бека, сыном его брата Джейхун бека Гаджибейли Тимучином, известным тюркологом Ирен ханум Меликофф, художником Селимом Тураном – сыном Алибека Гусейнзаде, писательницей Банин – внучкой Шамси Асадуллаева и Мусы Нагиева, Ильханом Зилли – представителем известных родов Зюльгадаровых и Шамхорских и другими. Эти встречи позволили мне узнать другую историю Азербайджана. Если бы не Париж, я бы вряд ли смог подружиться с азербайджанцами из Ирана: Гусейном Азармахдом – одним из учредителей во Франции ассоциации «Азербайджанский дом» и «Франко-азербайджанской торговой палаты», составителем первого «Толкового словаря азербайджанского языка» (с использованием арабской графики) Мамедали Таджахмади, всемирно известным фотохудожником Резой Дегати и другими.
Sizin sayənizdə Azərbaycan ictimaiyyəti təsadüf nəticəsində yad diyarlara üz tutan həmvətənlərinin taleyindən xəbər tutdu. Siz vətənə unikal, çox qiymətli raritetlər gətirdiniz: məktublar, sənədlər, məqalələr, rəsmlər... Bu yolda nə kimi çətinliklərlə üzləşdiniz?
Mən dəqiq qanuna riayət edirdim: heç zaman heç kimdən heç nə istəməmək. Amma mühacirlərdən hansısa mənim vasitəmlə hər hansı sənədi və ya əşyanı hədiyyə edirdisə, bunu maksimal şəkildə aşkar ötürürdüm: akt tərtib olunurdu, sonra KİV-də müsahibə verirdim və mühacirlər qohumları vasitəsi ilə müvafiq informasiyanı alırdılar. Çox zaman keçib və çətinliklər yaddaşımdan silinib. Amma arzum var: bütün gətirilənləri – Ceyhun bəy Hacıbəylinin arxivi, Əli Mərdan bəy Topçubaşının arxivinin bir hissəsi, Azərbaycan rəssamlarının əsərləri, Məmməd bəy Məhərrəmovun kolleksiyasından olan qədim Azərbaycan xalçası, Baninin Buninlə yazışmasının surətləri, Ayvazovskinin 3 portreti, Filip Malyavinin çəkdiyi Leninin portreti və sairələrini sərgi formatında görmək.
Yazıçı Banin (Ümm əl-Banu) yaddaşınızda necə qalıb?
O, əsl parisli qadın idi – zərif, işvəli, coşqun, bu da ona çox yaraşırdı və yaşadığı şəhər kimi sezilməz dərəcədə dəyişkən: gah zabitəli, gah ciddi, gah sadəlövcəsinə düşüncəsiz, gah qürurlu və əlçatmaz, gah ünsiyyətcil, danışqan... O, bizim evdə, Suffren küçəsi 56-da olurdu. Həyat yoldaşım Tamillaya və qızlarıma şəfqətlə yanaşırdı. Biz də onun Loriston küçəsi 40-da yerləşən, Baninin yaradıcılığında iz qoymuş XX əsrin iki görkəmli istedadının - alman yazıçısı, filosofu və entomoloqu Ernst Yungerin və görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı İvan Alekseyeviç Buninin bir zamanlar qonaq olduqları təvazökar mənzilinə baş çəkirdik. Son görüşümüz onun ölümündən (23 oktyabr 1992-ci il) bir qədər əvvəl Şardon-Laqaş küçəsindəki xəstəxanada, bir zamanlar gənc Ümm əl-Banunun Parisi fəth etməyə başladığı həmin 16-cı dairədə baş tutdu.
Qarabağ münaqişəsinin qızğın çağlarında Siz əcnəbi oxucuları həqiqətlərlə tanış etməyə yönələn 4 kitab nəşr etdirdiniz. Onlar rəğbət qazandımı?
Əlbəttə. Biz müəyyən mənada Qarabağ hadisələrinə dair Qərbdə mövcud obyektivlik defisitini aradan qaldırdıq və xaricdə yaşayan həmvətənlərimizi dəqiq məlumatla təchiz etməyə, Qarabağ probleminin müxtəlif aspektləri ilə tanış etməyə çalışdıq.
Bu kitablar həm geniş oxucu auditoriyasını, həm də münaqişəşünas mütəxəssislərin diqqətini cəlb etdilər. Fransanın “Herodot” və “Aktüel” jurnalları, Britaniyanın “Mərkəzi Asiya və Qafqaz üzrə xronika”sı, “Mərkəzi Asiya icmalı” və başqaları bu nəşrlərə ciddi diqqət yetirdi.
Siz həmçinin Müqavimət hərəkatında iştirak etmiş, ADR nümayəndələrindən olan mühacir azərbaycanlılar haqqında kitabın müəllifisiniz. Onun yazılması zamanı hər hansı faktlar haqqında susmaq və ya onları gizlətmək məcburiyyətində qaldınızmı?
Yenidənqurma və aşkarlığa qədər sovet tədqiqatçıları bir qayda olaraq siyasi mühacirlərin neqativ obrazını yaratmağa çalışırdılar. Lakin 1980-ci illərin sonlarında, “dəmir pərdə” qaldırılmağa başlayandan sonra, vəziyyət dəyişdi: Moskvanın “Oqonyok” jurnalı, “Moskovskiye novosti” qəzeti, “Literaturnaya qazeta” və başqaları siyasi mühacirlərin fəaliyyətinə müsbət qiymət verən məqalələr dərc etməyə başladılar. Lakin qorxu hələ də qalmaqda idi, buna görə də Azərbaycan mühacirliyi haqqında ilk kiçik məqaləmi “Ədəbiyyat və İncəsənət” qəzetində başqa soyadla dərc etdirdim. Daha sonra, lakin hələ SSRİ dağılmamış, elə həmin qəzetdə İosif Brodskinin şair Aydın Uluxanlının tərcüməsi ilə iki şeirini dərc etdirməyə müvəffəq oldum – bu, Azərbaycan dilində Brodskinin ilk nəşri idi. “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində “Bu barədə ilk dəfə” rubrikası yaradıldı, onun ən fəal müəllifi mərhum Mövsüm Əliyev idi. Haradasa 1990-cı ildən etibarən həm Rusiyada, həm də Azərbaycanda artan xətlə siyasi mühacirlik haqqında materialların dərcinə başlandı. Hərçənd, bir mövzu tam işıqlandırılmayıb: sovet insanlarının Fransa və İtaliyada partizan hərəkatında iştirakı. Məlumdur ki, onlar Avropada hərbi əsirlər, qastarbayter və ya vermaxtın şərq legionlarının döyüşçüləri kimi peyda olurdular. Onların sırasında kimin kim olduğunu yalnız SSRİ Müdafiə Nazirliyinin, DTK-nın və keçmiş sovet respublikalarının müvafiq arxivlərinin açılmasından sonra müəyyənləşdirmək olacaq.
Ramiz müəllim, Alim Qasımovun dünyanın ən yaxşı ifaçısı adına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsini istəyən, muğamın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində iştirak edən, çox sayda konsertlərin və sərgilərin (uzun-uzadı sadalamaq olar) təşkilatçısı, yəqin ki, incəsənət vurğunudur. Musiqi və ədəbiyyatda nəyə üstünlük verirsiniz?
Bütün sadalanan aksiyalarda mən prodüser və promoutor qismində çıxış etmişəm. Azərbaycan muğamı üzrə sənədlərin hazırlanması üçün biz 2001-ci ildə UNESCO ekspertini, fransalı musiqişünas doktor Jan Dürinqi dəvət etdik. Ona bizim mütəxəssislər yardım edirdilər: Sənubər Bağırova, Eldar Mansurov, Cahangir Səlimxanov və başqaları. “İçəri Şəhər” layihəsi üçün 1999-cu ildə İstanbul universitetinin professoru Nevzat İlhanı dəvət etdik, layihədə həmçinin Cəfər Qiyasi, Ədalət Məmmədov, Rizvan Bayramov və başqaları iştirak ediblər. İndi Bakıda xarici dillərdə dünya irsinin Siyahısı üçün sənədləri hazırlayan çox sayda mütəxəssis var, 90-cı illərin sonlarında isə biz əcnəbi ekspertləri dəvət etmək məcburiyyətində idik. Üstünlük verdiklərimə gəldikdə isə, məni uşaqlıqda valideynlərim musiqi məktəbinə, milli alətlər şöbəsinə verdilər. Muğam dərslərini məşhur pedaqoq Mirzə Mansur Mansurov keçirdi. Yaşına görə artıq məktəbə gələ bilmirdi, biz də onun evinə qaçırdıq, Böyük Qala küçəsinə. Bu məktəbdə 4 il oxudum, amma muğama məhəbbətim ömürlük oldu. Ötən əsrin ortalarında isə, bütün Bakı gəncləri kimi, cazla maraqlandım, hər gün “düşmən səsini” dinləyirdim... Ədəbiyyatda hazırda memuarlara və tarixi səlnaməyə üstünlük verirəm. Son zamanlar oxuduqlarım: Boris Messererin “Bellanın parlaması” xatirələri, Görkəmli İnsanların Həyatı seriyasından – Dmitri Bıkovun “Boris Pasternak”ı, Anna Axmatovanın “Həyat yoldaşım Qumilyov, Qumilyovun atası” gündəlikləri. Hazırda Sabir Rüstəmxanlının Moskvada dərc edilən “Ölüm zirvəsi” romanını oxuyuram.
Bir zamanlar Sizin təşəbbüsünüzlə Bakıda o vaxt hələ az tanınan rəssam Əşrəf Muradın şəxsi sərgisi keçirildi. Müasir Azərbaycan rəssamlarının yaradıcılıqlarını izləyirsinizmi?
Təəssüf ki, yox. Lakin Azərbaycan rəssamlarının Moskvadakı sərgilərini mütəmadi olaraq ziyarət edirəm. Abşeron məktəbi rəssamlarının (onların sırasında Əşrəf Muradın da rəsmləri var idi) gözəl sərgisində, Tahir Salahovun, Rasim Babayevin, Fərhad Xəlilovun və başqalarının fərdi sərgilərində olmuşam. Yeri gəlmişkən, Əşrəf Muradın əsərlərinin ilk tam kataloqu Moskvada dərc olunub, təqdimetmə mərasimi isə “Aydan” qalereyasında təşkil olunub.
Sizin nəhəng tədqiqatçılıq fəaliyyətiniz bir gün belə dayanmır. Hazırda öyrənilməsinə üstünlük verdiyiniz sahə varmı?
Üstünlük verdiyim sahə - Azərbaycan mühacirliyinin tarixidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Qafqaz tarixinin bilicisi, dostum, doktor Georgi Mamulia ilə birlikdə 4 tomdan ibarət “A.M.Topçubaşı. Paris arxivi. 1919-1940-cı illər” kitabını nəşr etdirdik, indi isə “Azərvbaycanın siyasi mühacirliyi soyuq müharibənin ilk mərhələsində (1945 - 1953)” məcmüəsini nəşrə hazırlayırıq, o, artıq bu il işıq üzü görəcək.
“Parisdə illər və görüşlər” kitabınızın son bölməsində Sizə “bütün çətin çarpışmaların izahı üçün intellektual açar” bəxş edən Fransa paytaxtına məhəbbətinizi etiraf edirsiniz. Parisə, bir zamanlar Sizə bu qədər sirr açan şəhərə indi tez-tezmi qayıdırsınız?
Heminqueyin sözlərini xatırlatmaq istərdim: “Paris heç zaman bitmir və orada yaşamış hər kəs onu fərqli xatırlayır”. Hər il sentyabrda həyat yoldaşımla Parisə qayıdırıq. Bu ənənəni 2019-cu ildə də təkrarlamaq istəyirik.
Müsahibə: Nigar Məhərrəmova
Foto: Adil Yusifov