Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayacaq və bütün Çin Xalq Respublikası Şərq təqviminə görə yeni 4718-ci ilin başlanğıcını qeyd edəcək. Ərşfələk sakinləri də bizim kimi bütün ailə ilə təamlarla dolu masa arxasına toplaşacaqlar və gecəni atəşfəşanlıqla keçirəcəklər. Sonra isə qohumları və dostları təbrik etməyə gedəcəklər.
Çin Yeni ili Azərbaycana qədəmlərini bir qədər tez basıb. Azərbaycan Milli Xalça Muzeyi Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Çinli fotoqrafların əsərlərindən ibarət sərgi açıb və çin kağız kəsimi sənətinə həsr olunmuş tzançji, xüsusi texnika ilə makrame toxunması, çay mərasiminin keçirilməsi, bayram fənərlərinin hazırlanması kimi ustad dərsləri təşkil olunub. Yanvarın 10-dan 18-dək arzu edən hər bir kəs Xalça Muzeyində təşkil olunmuş ustad dərslərində və Bakıdakı Konfutsi İnstitutunun müəllimlərinin mühazirələrində iştirak edərək qədim Çin mədəniyyəti haqqında ümumi məlumat əldə edəcəklər. Çin dilindən tərcümədə onlara həmin təhsil ocağının könüllü tələbələri kömək edəcəklər. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il Könüllülər ili elan edilmişdir.
9 yanvarda sərginin təntənəli açılışı oldu. Ölkənin ən çox ziyarət edilən muzeyi qırmızı çin fənərləri ilə bəzədilmişdi, birinci mərtəbədə çin fleyta musiqi aləti səslənirdi. Qonaqlar çin mətbəxindən ləzzət aldılar və Şərqin qədim sənətləri ilə tanış oldular.