NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Çox unikal yaradıcılıq mübadiləsi

“Serpenti in Conversation” — Géraldine Guyot və Mary Katrantzou arasında hazırlanmış, top-handle üslublu çantaların limitli kolleksiyası üçün yaradılmış birgə layihədir. Bu əməkdaşlıq BVLGARI-nin əfsanəvi Serpenti ikonasının payız-qış mövsümü üçün yaradıcı şəkildə yenidən təsəvvür edilməsidir və həqiqi “must-have” sayılır.

Anam mənim uşaq yaşlarımdan bu brendin məhsullarını toplayırdı və mən həmişə BVLGARI-yə heyran olmuşam.

Géraldine Guyot haqqında:

Onun uzunömürlü minimalizm üzərində qurulan yaradıcılığı — şlyapalar, çantalar və zinət əşyaları — artıq ikonikdir. O, DESTREE-nin həmtəsisçisi və yaradıcı direktor kimi tanınır. Bu, onun BVLGARI ilə ilk əməkdaşlığıdır. Fransız dizayner sözün əsl mənasında geyilə bilən bir sənət əsəri yaradıb. Yeni “must-have” çanta müasir, bir qədər abstrakt dizayna sahib olsa da, hörmə elementləri də DESTREE brendinin imzasıdır.

Əməkdaşlıq haqqında:

Bu minimalist və klassik əməkdaşlığın mərkəzində zamansız BVLGARI Serpenti simvolu dayanır — bir simvol ki, müxtəliflik, yaradıcılıq və tərəfdaşlıq sayəsində daim aktual qala bilir. Géraldine Guyot × BVLGARI Serpentine çantaları müxtəlif rənglərdə, ölçülərdə və materiallarda təqdim olunur — bordo rəngi xatırladan atlasdan tutmuş qəhvəyi opal nubuk dərisinə qədər.

MÜSAHİBƏ: “SERPENTI IN CONVERSATION”

MARY KATRANTZOU VƏ GÉRALDINE GUYOT

Kolleksiya ideyası hardan yarandı? Əməkdaşlıq necə başladı?

MARY KATRANTZOU:

BVLGARI-nin Dəri Məhsulları və Aksesuarlar üzrə Yaradıcı Direktoru olanda mənim üçün ən vacib şey “Serpenti Through the Eyes Of” layihəsinin uğurunu davam etdirmək, amma onu daha da inkişaf etdirmək idi. Mən istəyirdim ki, bu, tək bir interpretasiya kimi qalmasın, davamlı yaradıcılıq Serpenti və mənim heyran olduğum digər yaradıcı insanlar arasında dialoquna çevrilsin. Beləcə “Serpenti in Conversation” ideyası yarandı: BVLGARI dünyasına başqa dizaynerləri dəvət edib Serpenti-nin yenidən şərh olunmasına imkan vermək.

Géraldine mənim üçün mükəmməl tərəfdaş idi. Onun işini illərdir izləyirəm, rəng duyumunu, zəriflik estetikasını sevirəm. Bu layihəyə onunla başlamaq son dərəcə təbii gəldi — iki qadın dizayner arasında açıq dialoq.

GÉRALDINE GUYOT:

Mənim üçün əməkdaşlıq həqiqətən xüsusi bir şeydir — DESTREE-də biz bunu tez-tez etmirik, ildə bəlkə bir dəfə. Çünki hesab edirəm ki, iki müxtəlif dünya bir araya gələndə bir növ sehr yaranır. Fərqli baxışlar və hissiyyatlar birləşəndə tam gözlənilməz və yeni bir şey ortaya çıxır. Mən uşaqlıqdan BVLGARI-yə vurğun olmuşam — anamın bir çox zinət əşyası vardı və mən onlarla oynayardım. Mary-nin zövqünü də çox sevirəm, ona görə qərar çox asan oldu.

BVLGARI-ni hər biriniz necə təsvir edərdiniz?

GÉRALDINE GUYOT:

Mənim üçün BVLGARI həmişə elegant, cəsarət və rənglərin iddialı uyumu ilə seçilib. O, heç vaxt uyğunlaşmağa çalışan bir brend olmayıb — hər zaman özünəməxsus estetikasını yaradıb. Uzun illərdir vintaj BVLGARI də toplayıram. Onun hər bir parçası xarakter əlavə edir, insanı fərqləndirir.

MARY KATRANTZOU:

BVLGARI mənim üçün hekayə dərinliyi, mədəni simvolizm və rəng sənətkarlığı deməkdir! Mən BVLGARI-nin 70–80-ci illər zinət əşyaları arasında böyümüşəm və indi anlayıram ki, bu kodlar dizayner olaraq məni nə qədər formalaşdırıb. Serpenti isə yüksək zərgərlik dünyasında ən güclü motivlərdən biridir.

“Serpenti in Conversation” seriyasının bir hissəsi olaraq Serpenti sizin üçün nə ifadə edir?

GÉRALDINE GUYOT:

Serpenti mənim üçün çox zəngin bir simvoldur — həm güclü, həm həssas. Bu, BVLGARI-nin ruhunun bir hissəsidir. Hər kəs Serpenti-ni tanıyır. Mən onu həm ənənənin qoruyucusu, həm də yenilənmənin ilham mənbəyi kimi görürəm.

MARY KATRANTZOU:

Serpenti mənim üçün transformasiya, yenilənmə və təkamül deməkdir. Onun gücü daim özünü yeniləyə bilməsindədir — ilan dərisini dəyişdiyi kimi.

Niyə adətən diqqət Serpenti xəttində olsa da, siz Serpentine çantasını seçdiniz?

GÉRALDINE GUYOT:

Bəzi şeyləri izah etmək olmur — Serpentine çantası məni dərhal özünə çəkdi. Onun forması müasir olduğu qədər tarixi bir jest daşıyır. Tutacaq isə DESTREE dünyasını BVLGARI kainatına gətirməyin mənim yolum idi. İstifadə etdiyim texnika ənənəvi passementerie sənətindən ilhamlanıb.

BVLGARI arxivi sizi necə ilhamlandırdı?

GÉRALDINE GUYOT:

Arxiv materiallarına baxmaq sanki yaradıcılıq xəzinəsinə dalmaq kimi idi. BVLGARI-nin nə qədər cəsur və qorxmaz olduğunu görmək məni heyran etdi.

MARY KATRANTZOU:

Mənim məqsədim “gələcəyin arxivini” yaratmaq idi. Biz Géraldine ilə birlikdə çox sıx çalışdıq, xüsusilə onun Serpentine tutacağı üzərində — bu, BVLGARI üçün ilk dəfə tətbiq edilən elektroforminq texnikası idi.

Qadın yaradıcı direktorlar kimi sizin dinamikanız əməkdaşlığa necə təsir etdi?

GÉRALDINE GUYOT:

Qadınların aksessuarlarla emosional bağını çox yaxşı anlayırıq. Çanta bəzən sadəcə əşya deyil — özünəinam gətirən bir detaldır.

MARY KATRANTZOU:

Biz funksionallıq və estetika arasında balansı çox intuitiv şəkildə tapa bildik. Məsələn, tutacağın ölçüsü tam rahatlıq üçün birgə qərarlaşdırıldı.

Əməkdaşlıq sizin üçün nə ifadə edir?

GÉRALDINE GUYOT:

Əməkdaşlıq nadir və düzgün olanda gözlənilməz gözəllik yaradır. Bizim birlikdə işimiz də məhz belə oldu.

MARY KATRANTZOU:

BVLGARI üçün əməkdaşlıq, dialoq deməkdir. Bu layihədə Geraldine-in enerjisi, Serpenti-nin gücü və BVLGARI-nin irsi bir araya gəldi.

GÉRALDINE GUYOT:

Bu proses həm yaradıcı, həm də şəxsi səviyyədə mənim üçün çox dəyərlidir. Bu kolleksiyanı istifadə etmək üçün səbirsizlənirəm!

MARY KATRANTZOU:

Bu, mükəmməl əməkdaşlıq idi — həm Géraldine-in dünyasını, həm də BVLGARI-nin ruhunu əks etdirən bir nəticə yarandı.