NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

“WIDIAN”: Məhdud saylı LUBAN ətri

“WIDIAN” 2013-cü ildə Əli Əl-Cəberi tərəfindən Əbu-Dabidə əsası qoyulmuş lüks ətir brendidir. Hər bir “WIDIAN” ətri, şəhərin ən görkəmli abidələrindən biri olan Şeyx Zayed Məscidindən ilhamlanmış unikal şüşə dizaynları ilə Yaxın Şərq mirasını əks etdirir. “WIDIAN” hal-hazırda Yaxın Şərq, Afrika, Avropa, ABŞ və MDB ölkələri daxil olmaqla 40-dan çox ölkədə mövcuddur. Əvvəllər “AJ ARABIA” kimi tanınmış ətir evi kimliyini təkmilləşdirmək və qlobal müstəviyə daha güclü addımlarla daxil olmaq üçün 2016-cı ilin yanvarında rebrendinq həyata keçirdi. Ərəb dilində vadilər mənasını verən “WIDIAN” adı əsl ərəb ruhunu əks etdirməklə brendi öz keçmiş ruhuna qaytarır. “WIDIAN” çiçəklənən bir səhradır.

Şərq üslubunda Çiçəkli Kəhrəba

Luban, büxuru şəhvətli və intim şəkildə yenidən təqdim edən, şərqə xas olan çiçəkli ətirdir,. 50 millilitrlik “ekstrait de parfum” şüşəsi halında mövcuddur.

Luban ərəbcə büxur anlamını verir, həmçinin Bosvelliya ağacından göz yaşı formasında toplanan və büxurlarda, ətirlərdə və hətta tibbdə istifadə edilən saqqız mənasında da işlənir.

Qablaşdırmalar Luban ağacını, Ərəb antilopunu və Rub əl-Xali səhrasını əks etdirir.

Məhdud saylı kolleksiyanın bir hissəsi olan LUBAN ətirlərini “Parfum City Baku”dan əldə edə bilərsiniz.

Ətir notları:

Üst notlar:

Yüngül meyvəli not: “Italie” çiyələk və berqamot efir yağının təravəti
Acılı: Çəhrayı giləmeyvə yağı, Kardamon yağı

Orta notlar:
Qardeniya çiçəyi, Bolqar Qızılgül yağı, “Absolute” Türk Qızılgülü ətri

Alt notlar:
Hind Səndəl ağacı yağı, Öd ağacının efir yağı, Tonka paxlası yağı, Vanil, Sidr yağı, Ağ Kəhrəba, Ağ Müşk