NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Phoebe Philo-nun Moda Fəlsəfəsi Nəhayət Geri Dönür

Hamımızın gözlədiyi ecazkar moda həzzi.

Oktyabrın sonunda 50 yaşı tamam olmuş britaniyalı dizayner Phoebe Philo OBE (doğum tarixi və yeri - Paris, Fransa, 1973) iki il davam edən təkmilləlşdirmə işlərindən sonra onlayn sifarişlər üçün ilk mağazasını açmasından bir həftə sonra, oktyabrın 30-da, səhər saat 11.00-da ilk dəfə olaraq öz yeni lüks moda markasını qlobal auditoriyaya rəsmi olaraq təqdim etdi. Mağazanın onlayn satışlar üçün açılmasından təqribən 24 saat sonra onun ilk brend kolleksiyasının yarısından çoxu tam şəkildə satıldı. Bunun baş tutmasında yoxlanış üçün qoyulmuş “hamısını birgə al” funksiyasının da rolu oldu.

Şübhəsiz ki, bu xəbər son bir neçə il ərzində moda sənayesinin iştirakçılarının çox uzun müddətdir maraqla gözlədiyi yeniliklərdən biri idi. Bu məsələ sadəcə iyulun 27-də dizaynerin rəsmi bəyanatından sonra başlamış gözlənti müddətindən ibarət deyildi, çünki bu xəbər dünyadakı bütün moda həvəskarlarının 6 ildən uzun müddətdir gözlədiyi kifayət qədər yaşlı “Celine” dəbdəbəsini də özündə cəmləşdirirdi. Həmin qadın liderin yenidən manşetlərdə görünməsindən sonra modapərəstlərin daha da yüksəlmiş gözləntilərini şişirtməyə ehtiyac belə yoxdur. Bu hadisənin səhnəni tərk edən qadın yaradıcı direktorların, bu sektora yeni daxil olan həmin vəzifə sahiblərindən daha çox olduğu dövrdə baş verməsi məsələni daha da dramatikləşdirmişdi.

İlk baxışdan, Philo bizə arzuladığımız və ümid etdiyimiz şeyi - klassik siluetlərin və bahalı italyan parçalarının təsirli birləşmələrini təqdim edib. Bu elementlər hər birimizin ən azı bir dəfə də olsa geyinmək, mümkün olan hər fürsətdə qarderobumuzda saxlamaq istəyəcəyimiz elementlərdir. Buradan həmin parçaların necə universal və keyfiyyətli olduğunu təxmin etməyiniz mümkündür. O, öz məhsullarını hər səhər yuxudan durarkən geyinmək üçün o qədər də çox vaxt xərcləmədən kifayət qədər cazibədar görünə bilən, güclü və özünə inamlı qadınlar üçün hazırlayır.

Onlarla naxışlı ətəklər, dəri gödəkçələr və boyundan taxıla bilən şərflər, “oversized” pencəklər, yeni hündürdaban “loafers”, gün eynəkləri, əl çantaları, siqar rəngli yun və pambıq şalvarlar, asimmetrik tikişli üst geyimləri, qızıl və gümüş "MUM" boyunbağılar, kəşmir sviterlər və bu kimi bir sıra məhsulları çərşənbə axşamı saat 19:30-dan etibarən onlayn şəkildə sifariş etmək mümkün idi. Philo dünya miqyasında şalvarlar üçün hazırladığı dizaynların mükəmməlliyi və unikal istedadı ilə tanınır. Məhz buna görədir ki, moda tələbəsi olduğu vaxtdan bunun həyatının işi olacağı bəlli idi. Onun şalvarları çox gözəl və klassik ölçüləri ilə demək olar ki, hər bir qadın bədən növünə uyğun şəkildə hazırlanır, hansı ki, bu da onun əsas məqsədlərindən biridir.

Dizayner bir neçə eksklüziv dəri gödəkçə tərzi təklif edir. Onlardan biri elastik manşetləri olan yüksək keyfiyyətli dəri bluzon və taxıla bilən iriölçülü dəri yaylıqdır. Bu sadə əlavələr tərzinizi bir göz qırpımında tamamilə dəyişdirə bilir. Digər bir gödəkçə klassik və sadə formadadır, arxası tamamilə hamardır, həmçini bu geyimin ön hissəsi və qolları dəri saçaqla örtülmüşdür. Və nəhayət, üçüncü seçim boyun hissəsi yüksək, çiyin hissəsi daha iri və geniş, bel hissəsi isə aşağıdır. Philo'nun qiymət etiketləri kifayət qədər bahalı olsa da, bir çox digər lüks markalarla oxşardır. Nümunə üçün, şərfli dəri gödəkçə sizə 8900 dollara başa gələcək, şalvar və paltarların qiyməti isə dəyişkənlik göstərir. Şirkət “LVMH”dən kiçik məbləğlərdə fondlar almış olsa da, idarəçiliyi tamamilə Phoebe Philoya məxsusdur.

Philo öz biznes modelini müasir moda ilə ayaqlaşdırıb. Dizaynerin rəsmi açıqlamasına görə, o, tələb və təklif arasındakı balansı qoruyub saxlamaq məqsədilə ildə yalnız iki kolleksiya buraxacaq. Bu kolleksiyalarım isə öz növbəsində bir neçə ay aralıqlarla tanıdılacaq üç hissədən ibarət olması planlaşdırılır.


*Bütün şəkillər Phoebe Philo tərəfindən hazırlanmışdır.