NARGIS
Ru En
NARGIS MAGAZINE
İDMAN

#ВСЁРАСТЯЖИМО Beverli-Hillzdə

Bədii gimnastika üzrə dünya çempionatı mükafatçısı, "SM Stretching" fitness studiyasının qurucusu Samira Mustafayeva Rusiyada 20 000-dən çox qıza şpaqat açdırdı və hamıya sübut etdiki #ВСЁРАСТЯЖИМО (hər şey dartılır). İndi o, Los-Ancelesdə hər kəsə stretçinq öyrədəcək və ABŞ-da stretçinq trendi yaradacaq.

 

12 aprel tarixində Beverli-Hillzdə yeni "SM Stretching" fitness studiyası açıldı. Samirə elastik bədən və şpaqat kimi nəticəyə 100% təminat verən unikal metodikasını ABŞ-a gətirdi. Bu, yalnız idman formunu qorumaq üsulu deyil, əksinə hər kəsin özündə təsirini hiss edə biləcəyi əsl kultdur. Təlim 20 dəqiqəlik ənənəvi isinmədən və 40 dəqiqəlik intensiv dartınmadan ibarətdir.

Samirə Mustafayevadan Stretching – dünyanın fitnes paytaxtının ehtiyacı olan metoddur. Bu fitnessin qeyri-adi və effektiv növüdür. "SM Stretching" hər kəsin sağlamlıq xüsusiyyətlərinə əsaslanan fərdi yanaşma, sərbəst qrafik, geniş soyunma otaqları və duş kabinalar, telefon vasitəsilə və ya onlayn olaraq qeydiyyatdan keçmək imkanı təqdim edir. Təlimlər səkkiz nəfərə qədər olan mini qruplar şəklində keçirilir, Rusiya və dünya bədii gimnastika çempionlarından ibarət beynəlxalq peşəkar komanda tərəfindən idarə olunur. Komandanın bir hissəsi olmazdan əvvəl namizədlər ciddi şəkildə seçilir, onlara xüsusi tədris metodikası öyrədilir, daha sonra imtahan verirlər. Zədələnmə və məmnun qalmamaq riski sıfıra bərabərdir.

"SM Stretching" studiyasından daha bir xoş xəbər – Santa Monikada açıq dərslər veriləcək! Yeni studiyanın aşılışı çərçivəsində okean sahilində open-air təlimləri keçiriləcək.

Abunə növləri: ● 8 dərs – $199

                      ● 12 dərs – $288

                      ● limitsiz – $320 + məşqçi ilə individual dərslər.

Ünvan: 111 N LA Cienega Blvd, Suite B, Beverly Hills, CA 90211 Tel.: +1 (424) 527-7909