
“Belvedere Vodka” möhtəşəm azadlıq anında əldə edilən saf emosiyadan ilhamlanaraq unudulmaz kampaniya yaradan görkəmli istedadların mükəmməl birliyini təşkil edir.
Dünyanın ilk super-premium araqı olan “Belvedere”, əvvəllər heç vaxt bu cür obrazda görünməyən, dünya şöhrətli aktyor Daniyel Kreyqin yer aldığı monumental reklam kampaniyasını təqdim edir. “Oskar” mükafatlı rejissor Tayka Vaytiti ilə gözlənilməz, gülməli və ruhlandırıcı əməkdaşlıq Kreyqin təəccübləndirmək bacarığını və ixtiraçılıq qabiliyyətini nümayiş etdirir.
Cəsarət ruhlu və üsyankar enerji ilə dolu olan kampaniya həmfikir insanların müstəsna icmasını bir araya gətirir. Tanınmış xoreoqraf Jakel Nayt məharətlə və yumoristik şəkildə Kreyqin rəqsini dünya şöhrətli ulduzlar Rita Ora və Giggs tərəfindən yazılan və ifa olunan trekin sədaları altında, “Invisible Men”, “Bandits” və “Hungry Man” xitmeykerlərinin prodüserlığı ilə təqdim etdi. Kampaniya fotoları məşhur Yurgen Teller tərəfindən filmin möhtəşəm finalının çəkildiyi otel otağında lentə alınıb, Kristin Sentenera isə çəkilişlərə pak, müasir görünüş verib.
Taykinin unikal baxışı sizə kameralar işlək vəziyyətdə olmadığı zaman həyatın necə görünə biləcəyini təsəvvür etməyə imkan verir. Kreyq izdihamlı kütlədən çıxaraq, Parisin ikonik “Pont Neuf” körpüsündən keçir. O, bir saniyə itirmədən dəbdəbəli “Cheval Blanc Paris” otelinin foyesindən, dəhlizindən və damından oynaq şəkildə keçir. Nəhayət, zahirən qayğısız görünən aktyor möhtəşəm otel otağına doğru bir addım atır və “Belvedere” barı istiqamətində rəqs etməyə başlayır. Sonra, Kreyqin buzlu bir qurtum içməyə hazırlaşdığı anda rejissor “Çəkildi” deyə qışqırır və Vaytiti Kreyqdən bunu bir daha təkrarlamasını istəyərkən, kameo edir.
Bütövlükdə, qeyri-adiliyə marağı olan bir qrup ixtiraçı və istedadlı təxribatçılar “Belvedere” ilə bölüşdükləri özünü ifadə, orijinallıq və üslub dəyərlərinə uyğun olaraq inanılmaz dərəcədə unikal obraz yaratmağa bacardılar.
Kampaniya Nyu-Yorkun “Times” meydanında noyabrın 9-da saat 18:00-da sonradan heyrətamiz reklam lövhələrində partlamaq və sensasiyalı təsir göstərmək, eləcə də qlobal müzakirə mövzusuna çevrilmək məqsədi daşıyan mühüm hadisələr və kəşflər silsiləsində yer almaq üçün debüt etdi.