NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

She's Next | Mədinə Guliyeva

She’s Next Empowered by Visa qlobal təşəbbüsü “NARGIS” jurnalının tərəfdaşlığı ilə artıq Azərbaycanda! Layihənin əsas məqsədi qadın sahibkarlar, kiçik biznes sahibələri və öz işini açmağı planlaşdıran xanımlara dəstək olmaqdır.

Qadınlar əsrlər boyu Azərbaycanın siyasi və mədəni həyatında fəal iştirak ediblər. Bizim ölkəmiz müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkədir. Qafqazın ilk qadın-təyyarəçisi və Türkiyə tarixində ilk qadın-vəkil məhz bizim ölkəmizdə dünyaya gəlib. Bu gün isə sahibkarlıqda geniş imkanları həyata keçirən bizim həmyerli xanımlarımız gender stereotiplərinə baxmayaraq bizi motivasiya edirlər.

She’s Next Empowered by Visa təşəbbüsü çərçivəsində məşhur azərbaycanlı qadınlar öz işlərini qurarkən qarşılaşdığı çətinliklərdən bəhs edərək uğur hekayələrini paylaşacaqlar.
İlk qəhrəmanımız Mədinə Quliyeva hər zaman qəlbinin səsini dinləyib. Hətta pandemiya belə onu xəyallarından imtina etməyə məcbur edə bilmədi: 2020-ci ildə Mədinənin dediyi kimi
insanlara rahat mühit və harmoniya əldə etməyə kömək edən Cozy bu Madi şourumunu açdı.

Nə vaxt və niyə öz biznesinizi yaratmağa qərar verdiniz?
İlk başlarda belə bir məqsədim yox idi, mən sadəcə masa tərtib etməyi və otaqları dekor etməyi sevirdim. Dostlarım mənə deyirdi ki, artıq İnstaqram səhifəsi açıb, öz evimdə açdığım süfrələrin şəklini paylaşmaq, hər kəsi rahatlıq yaratmaq üçün ilhamlandırmaq vaxtı gəlib çatıb. Mənim “table serving” üçün kifayət qədər inventarım var idi, atam mənə antikvar qablar və aksesuarlar hədiyyə etmişdi. Mən çəkdiyim fotoları paylaşmağa başladım və çox sayda xoş rəylər aldım. İnsanlar belə bir dekoru öz evlərində görmək istədiklərini yazırdılar. Bu zaman mən nəinki həm özüm, həm də yaxınlarım üçün rahat mühit yaratmaq, eyni zamanda bu misilsiz təcrübəmi arzu edən hər kəslə paylaşmaq istədim. Səhifəmi yaratdıqdan iki ay sonra bir izləyici xanım gəlin getdiyi evinin dekorunu tərtib etməyi xahiş etdi. Bir müddət sonra isə Cartier brendindən böyük sifariş aldım və düşündüm ki, əgər bu işin öhdəsindən gələ bilsək, o zaman “table serving” və dekor xidmətləri göstərəcəyimiz kiçik bir şirkət aça bilərik. Belə də etdik. 2020-ci ildə Cozy by Madi şirkəti rəsmi olaraq fəaliyyətə başladı.

Yolun başında sizi ilhamlandıran nə olub və hal-hazırda nədir?
Cozy by Madi – dekor sahəsində təcrübə mübadiləsi üçün çox gözəl vasitədir, bu mənim və komandamın üzərində daima yeni bir şey yaratdığımız təmiz kətandır. Bu fantaziyalarımızın gerçəkləşməsidir.

Mənim məqsədim – insanlara harmoniya tapmağa kömək etməkdir. Ətrafda hər kəsə gözəllik bəxş etməyi, insanları xoşbəxt edən bir şeylər yaratmağı sevirəm. Əgər insanı tərifləməsən, hansısa məqamda o yorulmağa başlayacaq. Lakin ətrafdakılar səni dəstəkləyəndə və həvəsləndirəndə inkişaf etməyə stimul olur. İnsanları təəccübləndirmək istəyirsən, hər şeyi tam başqa cür etməyə başlayırsan. Mənim ilham mənbəyim siz idiniz və siz olacaqsınız!

İlk zamanlarda nə kimi çətinliklərlə qarşılaşdınız?
Ən sevdiyim dövlət işində çalışırdım və bir anda seçim qarşısında qaldım, çünki iki növ fəaliyyəti bir arada tutmaq fiziki olaraq qeyri-mümkün olmuşdu. Yoxsa, eyni zamanda bir neçə yerdə olmaq məcburiyyətində qalacaqdım. İşdən çıxmaq asan deyildi, amma müştərilərdən geri dönüş almağa başlayanda sakitləşdim. Axı dövlət işini itirə bilərsən, ancaq öz əlinlə bir şey etdikdə hər zaman pul qazana biləcəksən. Qısa müddətdə 90%-i qızlardan ibarət bir komanda yaratdıq və bəzən buna görə bizə ciddi yanaşmırdılar. Heç kim qadınların gəlib bir gecədə çadır və işıq qura biləcəyinə inanmırdı. Məsələn, bizi son anda çağırdıqları Meysəri qəsəbəsində bir layihə var idi, böyük bir sahəni bəzəmək üçün axşam saat doqquzda gəldik və ertəsi gün günortaya qədər hər şey hazır olmalı idi. Bizim üçün bu çellenc idi. Əvvəlcə bizdən "Bunu həqiqətən edə bilərsinizmi?" deyə soruşdular. Ancaq tədricən mövqelərimizi qoruya bildik, özümüzü işdə göstərdik və işdə gender fərqlərinin olmadığını sübut etdik.
Koronavirus pandemiyası səbəbindən şourumun rəsmi açılışını edə bilmədik və Cozy by Madi şirkətinin təqdimatını qeyd edə bilmədik, amma yenə də ayaqda qalmağı bacardıq. Və bu gün yorulmadan yeni layihələr və ideyalarla irəliləyirik.

Komandanı necə yığdız?
Bəzilərini bu biznesə başlamazdan əvvəl də tanıyırdım. Bir-birimizi ağzımızı açmadan başa düşürdük. Baş dekoratorla bəxtim daha çox gətirib: bu, Rəssamlıq Akademiyasını bitirən bacımqızıdır. Komandanı genişləndirmə vaxtı gələndə tanışlarım arasında və internetdə reklamlar vasitəsilə yaradıcı uşaqlar axtarmağa başladım. Əslində, müraciətlər çox idi, amma təəssüf ki, boş vakansiya sayı məhdud idi və komandaya yalnız bir neçə nəfər yığa bildim. Bunların hamısı gənc, lakin məqsədləri olan uşaqlardır.

Geriyə dönüb öz biznesinizi qurmaq qərarınızın doğru olduğunu deyə bilərsinizmi?
Düşünürəm ki, sevdiyin işi görmək, üstəlik bundan qazanc əldə etmək xoşbəxtlikdir. Çox qısa bir zamanda əldə etdiyimiz nailiyyətlərə görə daha çox sevimli komandama minnətdaram. Onlar mənim qədər çılğın və yaradıcıdırlar. Bunu deməyi çox sevirik: “We’re on the same wave!” – "Biz eyni dalğadayıq!" Bir-birimizə hörmət edirik və bir-birimizi bir baxışdan anlayırıq.

On ildən sonra Cozy by Madi şirkətini necə görürsünüz?
Azərbaycan bazarında bütün üslublarla işləyərək daima detallara diqqət ayıran, fərdi yanaşması olan ilə ilk şirkət olduq. İşlərimizdə gözlə görülə bilən və ya hiss olunan atmosferi yaradan məhz detallardır. Hər bir sahibkar kimi, mən on ildən sonra da bazarda ilk sıraları tutmaq, insanların inkişafına və reallaşmasına kömək edərək yenilik gətirməyə davam etmək istəyirəm.

Öz biznesini qurmaq istəyən gənc qadınlara nə məsləhət verərdiniz?
“Impossible is nothing” – "İmkansız heç nə yoxdur." Əsas özünə inamdır! Risk hər zaman var, amma cəhd göstərməlisən. Axı bütün ömrünüzü "Bəlkə bacarardım?" deyərək təxmin etməkdənsə, mümkün olan hər şeyi etmək daha yaxşıdır.

Bir də, sənədləşməni səliqəli ilə aparmağı məsləhət görərdim. Təəssüf ki, təcrübəmdə gördüm ki, bir insanı tanıyırsan və onun sözünə güvənirsən, amma on ay keçdikdən sonra ödəmə ilə bağlı problem yaranır... Amma vaxtında müqavilə bağlansaydı, bunların heç biri olmazdı. Biznesə yeni başlayan gənc xanımların hər şeyin qaydalara uyğun olması üçün ilk növbədə hüquqşünas tutması lazımdır. Nəyin düzgün olmayacağını əvvəlcədən hesablamaq və bu boşluqları doldurmağa kömək edəcək mütəxəssisə müraciət etmək lazımdır. O zaman bir şeylər alınacaq.


Sizcə, qadınların gücü nədədir?
Komandamızda səkkiz qız və bir oğlan var. Dekorasiya sahəsindəki vakansiyalara ölkəmizdə daha çox qadınlar müraciət edir, amma şəxsən mən bir qadın və bir kişinin gücü arasında fərq görmürəm. Hamımız insanıq və hər birimizin öz ruhu, özünə inamı və məqsədi var. Əsas olan məqsədinizi tapmaq və sürətlə, inamla ona tərəf getməkdir, o zaman hər şeyə nail olacaqsan.