NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Planet Calling: NARGIS nəşriyyat evinin yeni sərgisi

İyunun 24-də Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin artıq ənənə halını almış ekosərgisi açılacaq. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və incəsənət vasitəsi ilə müasir ekoloji problemləri ictimayyətə duyurmaq məqsədini daşıyır.


Ekspozisiyada təkrar emal edilməsi çətin olan materiallardan və sənaye tullantılarından hazırlanmış 13 qurğu nümayiş etdiriləcək. Layihənin təşəbbüskarı NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuddur.


Layihə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Baku Steel Company” QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Radiotezliklər İdarəsi, Space 13-ün dəstəyi ilə hazırlanıb.


Artıq üç ildir ki, NARGIS nəşriyyat evi təkcə sərgilər deyil, həm də məktəblilər üçün öyrədici təlimlər keçirir. Belə ki, 2022-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub”la birgə Bakının 40 məktəb, lisey və gimnaziyasında gənc nəslin ekoloji mədəniyyətinin formalaşmasına və inkişafına yönəlmiş tədbirlər keçirilib.


Sərgi avqustun 24-dək davam edəcək. Giriş sərbəstdir.