NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Günəş dairəsi, ətrafdakı səma

"Qoy həmişə günəş olsun". Sovet dövründə bu mahnı tez-tez radiolarda səslənirdi...

Bu mahnının çox maraqlı hekayəsi var. Bir dəfə dörd yaşlı uşağa “həmişə” sözünün nə demək olduğunu izah edirlər. Uşaq yol boyu uzun müddət oynayıb-qaçdıqdan sonra təlaşla anasının yanına yaxınlaşır və deyir:

Qoy həmişə səma olsun!

Qoy həmişə günəş olsun!

Qoy həmişə anam olsun!

Mən də olum həmişə :)))

Bax elə bu sətirlər məşhur mahnının nəqəratına çevrilir. Bu dörd yaşlı uşağın nə qədər haqlı olduğu çox maraqlıdır! Həqiqətən də, daxili hüzur və gözümüzdə qığılcımların parlaması üçün bizə çox şey lazımdırmı? Bizim səmimiyyətə, ətrafımızdakıların güvəninə, sağlam valideynlərə, başımızın üstündə sakit səmaya və özümüzü sevməyə ehtiyacımız var. Qoy həmişə belə olsun!

Baş redaktor,

Ülviyyə Mahmud