NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

NARGIS for ECO: Uşaq-Gənclər İnkişaf Mərkəzi

31 yanvarda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və AR Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən "Yaşıl şəbəkə" hərakatı çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində NARGIS nəşriyyat evinin və "Ekoklubların" birgə ikinci layihəsi keçirildi.

Tədbirdə baş redaktor Ülviyyə Mahmudovanın rəhbərliyi ilə NARGIS komandası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, AR Təhsil nazirliyinin nümayəndələri, heykəltəraş Rəşad Ələkbərov və başqaları iştirak ediblər.

Qonaqları Firuzə Sultanzadə salamlayaraq uşaqlara tullantıları ayırmaq və onların insanlara və ətraf mühitə təsiri haqqında bəhs etdi.


Jurnalın direktoru Aytən Hüseynova iştirakçıları jurnalın fəaliyyəti ilə tanış etdi, “Make the Earth Smile” sərgisi barədə danışdı və uşaqları müsabiqədə iştirak etmək üçün qaydalarla tanış etdi.

Ən maraqlı an rəssam Rəşad Ələkbərovun keçirdiyi master-klass oldu. Çıxış zamanı rəssam əsas ekoloji problemlər, tullantıları sənət əsərinə necə dönüşdürmək barədə məlumat verdi, həmçinin məktəblilərin suallarına cavab verdi.

Master-klassdan sonra NARGIS nəşriyyat evinin baş redaktoru Ülviyyə Mahmudova Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5