NARGIS
Ru En
NARGIS MAGAZINE
Nargis TV

Bakı Konqres Mərkəzində xeyriyyəçilik gecəsi: Cirque Eloize inanılmaz Cirkopolis şousu

Sentyabrın 23-də Bakı Konqres Mərkəzi Azərbaycan tamaşaçılarına hədiyyə etdi. Kanadanın məşhur "Cirque Eloize" sirki internat məktəbləri, reabilitasiya mərkəzləri və uşaq evlərindən olan tamaşaçılar "Cirkopolis" adlı proqramını təqdim etdi. Uşaqlar sehrli həkayənin əsas qonaqlarına çevrilib, əsl bayram ab-havasına qərq olundular. "Cirque Eloize"ın teatr səhnələri uzun illərdir ki, bütün dünyada ürəkləri fəth edir. Bakıya gələn artistlərin bəhs etdikləri hekayədə sevgi və inanılmaz fəndlər, dərin fəlsəfə və küçə rəqsləri, virtuoz jonqlyorluq, musiqi və plastika dilindən istifadə edilir.

"Biz Azərbaycan tamaşaçısının xoş qəbulundan təsirləndik. Ümidvarıq ki, burada başqa şoularımızla da çıxış etmək fürsətimiz olacaq", - dəyə tur rəhbəri Filip Tibo öz təəssüratlarını bölüşüb.

Gələcəkdə daha parlaq çıxışlarla geri dönmək ümidi ilə "Cirque Eloize"ın aktyorları Bakı tamaşaçılarıyla sağollaşdılar.