NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

BAKILI OĞLAN. ELÇİN ƏZİZOV

Onun həyatında baş verən dəyişikliklər haqqında kitab yazmaq olar. Bəlkə də, müxtəlif maraqları və istedadları olan Elçin özü bunu nə vaxtsa edəcək. Rusiyanın "Böyük Teatrının" solisti, keçmişdə isə "Bakılı oğlanlar" ŞHK komandasının üzvü Elçin Əzizov ən özəl hisslərini NARGIS ilə bölüşür.

O, hər şeyi bilmək istəyən, nadinc, aktiv, tənbəl... biri olaraq böyüyüb. Bütün Bakı ziyalı ailələrində olduğu kimi, valideynlər də övladının bədən tərbiyəsinə və estetik inkişafına çox vaxt ayırdılar. Elçin qılıncoynatmadan üzgüçülüyə qədər müxtəlif idman növləri ilə məşğul olub; Y.Qaqarin adına Pionerlər sarayına gedib – "Cücələrim" uşaq ansamblında oxuyub, səsyazma və foto dərnəklərində iştirak edib. Uşaqlıqda sevdiyi kitab "Robinzon Kruzo", daha sonra isə "Master və Marqarita" olub. Şeir oxumağı və onları əzbərləməyi sevirdi...

Hər şey ŞHK-dən başladı...

2000-ci ildə "Bakılı oğlanlar" komandası "XX əsrin ən yaxşı komandası" titulunu qazandı. Pavarotti (E. Əzizov), Karreras və Dominqodan ibarət tenorlar triosu parodiyası komandanın qalibiyyətində həlledici rol oynadı...

Məktəbdən sonra Elçin Azərbaycan Mədəniyyət İnstitutuna daxil oldu və rejissor diplomunu aldı, 90-cı illərdə videokliplər çəkirdi, özünü səhnə və video rejissoru kimi sınadı, daha sonra filmlərdə rol aldı.

Bu, Türkiyədə çəkilən rus serialı idi. Prodüser mənim dostum Timur Vaynşteyn, icraçı prodüser - Ənvər Mansurov idi. Bu serialda xüsusi xidmətlərin nümayəndəsi olan animator rolunu oynamışdım. Çox ağır iş olsa da, mənim üçün filmdə oynamaq çox xoşdur.

Ancaq Elçin Əzizov başqa bir Allah vergisinə də sahib idi: gözəl bariton səsə. Ciddi müğənni karyerası çox xoş təsadüfdən sonra sürətlə irəlilədi – dostu Murad Adıgözəlzadə diskinin təqdimat gecəsində Elçinə Filarmoniyada çıxış etməyi təklif etdi. Zalda musiqi elitası və xarici qonaqlar toplaşmışdı...

Lakin Elçin əmin idi: uğurlarına görə ilk növbədə onu dəstəkləyən, hər başladığı işinə xeyir-dua verən valideynlərinə borclu idi.

Valideynlərim həmişə hər bir işdə mənə dəstək olublar. Mən də öz növbəmdə hərəkətlərimin nəticəsinin yaxşı olması üçün əlimdən gələni etmişəm. Mənim üçün onların qiymətləndirməsi son dərəcə vacibdir. Anam dəfələrlə "Böyük teatrda" tamaşalarımı və konsertlərimi seyr etmək üçün Moskvaya gəlib. Amma atam 2014-cü ilin sonunda, Bakıda keçirilən tamaşamı ilk dəfə izləyib. Tamaşada olan bütün dostlarım atamın məni operada ilk dəfə dinlədiyini hiss etmişdilər: onun gözləri xüsusi bir şəkildə parlayırdı... Valideynlərimin sarılması, övladları ilə qürur duyması – əsl xoşbəxtlikdir!

2005-ci ilin avqust ayında Elçin, "Motsareum" Universitetinin yay Akademiyasına qəbul olundu, daha sonra isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının Opera studiyasında təcrübə keçdi. Və budur, indi Elçin Əzizov Qalina Vişnevskaya Opera Mərkəzinin stajoru və solistidir.

Burada o, Eskamilyo partiyasında ("Karmen" J. Bize) müvəffəqiyyətlə çıxış edir, sonra 2008-ci ildə Moskvaya və Böyük teatrın opera truppasına solist olaraq dəvət alır.

7072_copy

Özümü müxtəlif istiqamətlərdə sınamışam. Nəsə yaxşı alınırdı, nəsə pis... Ancaq birdən hiss etdim ki, artıq "böyümürəm"... Və o zaman həyat yoldaşım Qama ilə bir qərara gəldik: maksimum mənəvi məmnuniyyət verən işlə məşğul olmalıyıq. O vaxtdan bəri, Qama (tibbi təhsilli) gözəl rəsmlər çəkir, mən isə Böyük Teatrda və digər dünya opera səhnələrində ifa edirəm.

Qarşılıqlı hörmət və anlayış – budur, ailənin ən yaxşı xüsusiyyəti. Üstəlik yüksək ruhlu, yaradıcı istedadlı, həm də yumor hissi olan insanlar birləşirsə – bu birlik mükəmməldir!

Nişan üzüklərimiz – bir-birinə bağlı üç üzükdən ibarətdir. Bu, sevginin, dostluğun və güvənin rəmzidir. Biz elə bu cür də yaşayırıq...

Elçin hesab edir ki, opera sənətinə sevgi uşaqlıqdan aşılanmalıdır.

Çilidəki Opera Santiago-da ay yarım işlədikdə gündəlik uşaq ekskursiyalarını görmək çox xoş idi. Hər gün bura iki avtobus məktəbli gətirilirdi. Onlara teatrı gəzdirirdilər: məşq salonları, kostyum otaqları, dekorasiya saxlama yerləri göstərilirdi... Onlar sakitcə salona girib məşqləri dinləyirdilər... Buna görə ortalama əmək haqqı 400 dollar və bir teatr biletinin ortalama qiyməti 100 dollar olmasına baxmayaraq bütün tamaşalar anşlaqla keçirdi.

Qastrollar və həsəd oyadan repertuar, kult tamaşalarda baş rollar... Səhnəyə artıq alışmaq vaxtıdır!

Həyəcan həmişə var... Əllər buz kimi, ayaqlar titrəyir... Səhnənin böyük və ya kiçik olmasına baxmayaraq mən həmişə həyəcan keçirirəm. Ancaq səhnəyə çıxdığımda və ilk notaları əlimə aldığımda – bütün həyəcan aradan qalxır! Sevdiyin işlə məşğul olduğunda və fədakarlıq etdiyində hər şey alınır...

"Bakılı oğlan" həmişə öz individuallığını, o cümlədən xarici görünüşünü vurğulamağa çalışır. Klassik üslubda və müxtəlif rənglərdə, hətta çılğın rəngarəng köynəklər geyinməyə çalışır. Ciddi tədbirlərdə, əgər bu "mükafatlandırma" və ya "yaxın dostunun toyu" deyilsə, o, klub pencəyinə üstünlük verir. Obrazını hansısa bir aksesuarla məsələn bir şərflə tamamlamağa alışıb...

img_4335_copy

Emalatxanadakı yoldaşlar arasında rəqabət nə qədər güclüdür?

Rəqabət çox güclüdür. Təkcə Böyük teatrda deyil, həm də bütün dünya teatr səhnələrində. Buna görə də daima öz üzərində çalışmalısan. O zaman anlayırsan ki, hər əldə etdiyin uğurdan sonra daha da yüksəlməlisən. Hər sonrakı çıxış əvvəlkindən daha yaxşı və ya ən azı eyni olmalıdır. Bildiyiniz kimi, mükəmməlliyin sonu yoxdur...

Ən sevimli ailə istirahəti və əyləncəsi – səyahətlərdir. Axı, dünyada çox gözəl yerlər var və hər şeyi öz gözlərinlə görmək istəyirsən!..

Ancaq harada olsam da, havamız, dənizimiz və günəşimiz üçün hər zaman darıxıram. Boş vaxt yaranan kimi mütləq evə qayıdırıq.

Elçin Əzizov təbiətcə kosmopolitdir, hesab edir ki, istənilən hərəkətin izahı var. Yalnız birinin "uzunmüddətli axmaqlığı" onu özündən çıxara bilər. Səhnə xaricində Elçin ŞHN vərdişlərindən əl çəkmir: zarafat etməyi sevir, həmişə gözlənilməz vəziyyətlərə hazırdır və buna görə də onların öhdəsindən asanlıqla gəlir. Və taleyin yeni bəxşişlərinə hazırdır.

u0422u0440u0438_u0442u0435u043du043eu0440u0430_1995_u0433u043eu0434_copy

Əsas özünə güvəndir!

6991_copy

*Material on üçüncü buraxılışda dərc olunmuşdur.